Bank Of Baku

OECD ölkələrində neft ehtiyatları azalıb

OECD ölkələrində neft ehtiyatları azalıb
# 12 sentyabr 2023 17:20 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları iyulunda iyun ayı ilə müqayisədə 7,9 mln. barel azalıb.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neftin kommersiya ehtiyatları iyul ayının yekunlarına görə 2,779 mlrd. təşkil edib, bu da öncəki göstəricidən 57 mln. barel çox, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 138 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR