Qlobal neft kommersiya ehtiyyatlar; İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin kommersiya ehtiyatları bu ilin fevral ayında yanvar ilə müqayisədə 42,2 mln. barel azalıb.
"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, fevralda OECD ölkələrində neft ehtiyatları 2,611 mlrd. barelə enib.
Lakin ilkin məlumatlar onu göstərir ki, martda sözügedən göstərici üzrə 8,8 mln. barel artım müşahidə olunacaq.
Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.