Bank Of Baku

Ölkədə bu ildən Smart qaz sayğaclarının tətbiqinə başlanılacaq

Ölkədə bu ildən Smart qaz sayğaclarının tətbiqinə başlanılacaq
# 07 yanvar 2022 12:14 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi bu ildən etibarən “ağıllı” (Smart) sayğaclarının tətbiqinə start verəcək.

"APA-Economics"in xəbərinə görə, bunu Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda heç vaxt Smart sayğaclar olmayıb, Smart tipli sayğaclar olub.

“Yəni mənim smart sayğacımı mexaniki sayğacla əvəz edə bilərsinizmi deyə bir şey yoxdur. Burda yalnışlıq var. Yəni o sayğaclar da “ağıllı” olmayıb. “Azəriqaz” artıq bu ildən sözün həqiqi mənasında “ağıllı” sayğacların tətbiqinə start verəcək və onda görəcəksiniz ki, “ağıllı” smart sayğaclar nə deməkdir”, - E. Vəliyev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR