Bank Of Baku

Ölkədə dəniz nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Ölkədə dəniz nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
# 21 fevral 2023 15:34 (UTC +04:00)

Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar ayında daşınmış yüklərin həcmi 564,7 min ton təşkil edib və əvvəlki ilin yanvar ayına nisbətən 26,7% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 57,1%-i neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 894,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 727,5 min tonunu və ya 81,4%-i tranzit yüklər təşkil edib. 2023-cü il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 30,6 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin yanvar ayına nisbətən 88,9% artaraq 1,7 min nəfər olub”, - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR