Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 64,1 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 7,2% artmıartıb.
Sənaye məhsulunun 75,8% mədənçıxarma sektorunda, 20,4 %-i emal sektorunda, 3,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 9,8% artmartıb”, - məlumatda qeyd olunur.