Bank Of Baku

"OPEC+" 2022-ci il üçün neft bazarında profisit üzrə proqnozunu endirib

"OPEC+" 2022-ci il üçün neft bazarında profisit üzrə proqnozunu endirib
# 02 fevral 2022 09:46 (UTC +04:00)

Neftə olan qlobal tələbat 2022-ci ildə sağlam templə artacaq və ilin ikinci yarısında böhrandan əvvəlki səviyyəni keçəcək.

APA-Economics”in məlumatına görə, bu barədə “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) texniki komitəsinin hesabatında deyilir.

“Qeyd edək ki, qlobal neft tələbatı 2022-ci ilin ikinci yarısında sağlam bərpa tendensiyası ilə COVID-19-dan əvvəlki səviyyələri keçəcək”, - hesabatda qeyd edilir.

Texniki panelin ekspertləri 2022-ci ildə neftə tələbatın sutkada 4,2 mln. barel artaraq 100,8 mln. barel olacağı proqnozunu saxlayıblar. Eyni zamanda, sənəddə neftə olan gündəlik tələbatın böhrandan əvvəlki səviyyəni 0,2 mln. barel ötəcəyi qeyd olunur.

Proqnoza görə, cari ildə qlobal bazarda gündəlik təklifin profisiti 1,3 mln. barel təşkil edəcək (öncəki proqnoza görə 1,4 mln. barel).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR