Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb, 2024-cü il üçün isə artırıb.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə cəmi min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 10 min barel azdır.
Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi may ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.
Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 20 min azalaraq (öncəki proqnoza görə - 30 min barel) orta hesabla 0,7 mln. barel olacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.