OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə fəaliyyət imkanları müzakirə edilib

OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə fəaliyyət imkanları müzakirə edilib
# 22 may 2025 12:06 (UTC +04:00)

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu arasında dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələlər müzakirə edilib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nazir Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında iştirak etmək məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasında səfərdədir.

İllik Toplantı çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüş keçirilib.

Görüşdə OPEC Fondu ilə Azərbaycan arasında mövcud əlaqələr yüksək qiymətləndirilib və bu əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə imkanların araşdırılmasının önəmi vurğulanıb. Regional və beynəlxalq iqtisadi inkişaf məqsədləri çərçivəsində tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.

Tərəflər dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə edib, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR