Bank Of Baku

OPEC bu il üçün qeyri-OPEC ölkələrində karbohidrogenlərin hasilat proqnozunu azaldıb

OPEC bu il üçün qeyri-OPEC ölkələrində karbohidrogenlərin hasilat proqnozunu azaldıb
# 11 fevral 2022 10:26 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə sözügedən göstəricinin 66,61 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 66,66 mln. barel).

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63 mln. barel səviyyəsində olub, bu da öncə proqnozlaşdırılan göstəricidən 0,65 mln. barel azdır.

Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,98 mln. barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR