OPEC-in Vyanada neft hasilatı üzrə qərarın qəbul edilməsi məqsədilə keçiriləcək görüşünün vaxtı dəyişdirilib.
APA-nın OPEC-in saytına istinadən verdiyi xəbərə görə, OPEC ölkələrinin iclası iyulun 1-də keçiriləcək.
Qeyri-OPEC ölkələrin görüşü isə iyulun 2-də baş tutacaq.
Qeyd edək ki, OPEC və müttəfiqlərinin iclası daha əvvəl iyunun 25-26-na təyin olunmuşdu.