“OPEC+” monitorinq komitəsi razılaşmanın parametrlərini dəyişdirməməyi tövsiyə edib

“OPEC+” monitorinq komitəsi razılaşmanın parametrlərini dəyişdirməməyi tövsiyə edib
# 04 oktyabr 2023 17:30 (UTC +04:00)

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirlərinin birgə monitorinq komitəsi (JMMC) bu gün keçirilən onlayn iclas zamanı razılaşmanın hazırkı şərtlərinə sadiqliyini təsdiqləyib və bununla da mövcud neft hasilatı kvotalarını saxlamağı tövsiyə edib.

Bu barədə “APA-Economics” OPEC-in yaydığı məlumata istinadən xəbər verir.

“Komitə üzv ölkələrin 4 iyun 2023-cü ildə OPEC və qeyri-OPEC Nazirlərinin 35-ci Toplantısında razılaşdırıldığı kimi, 2024-cü ilin sonuna qədər davam edəcək əməkdaşlıq bəyannaməsinə sadiqliyini bir daha təsdiqləyib”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, JMMC-ım növbəti iclası noyabrın 26-na planlaşdırılıb.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR