Bank Of Baku

OPEC: Neftə olan tələbat artmaqda davam edəcək - PROQNOZ

OPEC: Neftə olan tələbat artmaqda davam edəcək - PROQNOZ
# 09 oktyabr 2023 13:09 (UTC +04:00)

“Qlobal neft tələbatı 2028-ci ildə gündəlik 110,2 mln. barelə çatacaq ki, bu da 2022-ci illə müqayisədə 10,6 mln. barel artım deməkdir.

Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “World Oil Outlook 2045” hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, uzunmüddətli perspektivdə qlobal gündəlik neft tələbinin 2022-2045-ci illər arasında 16,4 mln. barel artaraq 2022-ci ildəki 99,6 mln.bareldən 2045-ci ildə 116 mln. barelə yüksələcəyi proqnozlaşdırılır.

Qeyd olunur ki, neftə tələbat ən çox İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzvü olmayan ölkələrdə artacaq.

OPEC izah edir ki, tələb artımının əsas hərəkətverici qüvvəsi avtomobil nəqliyyatı, neft-kimya və aviasiya olacaq. Bu sənayelərdə neftə olan gündəlik tələbat 2045-ci ilə qədər müvafiq olaraq sutkada 4,6 mln. 4,3 mln. və 4,1 mln. barel artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR