“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) bu gün keçirilən iclasda oktyabr ayında gündəlik neft hasilatının 100 min barel azaltmağı qərarlaşdırıb.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “TASS” öz mənbələrinə istinadən məlumat yayıb.
***
16:19
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) monitorinq komitəsi alyans iştirakçılarına oktyabr ayında gündəlik neft hasilatını 100 min barel azaltmağı tövsiyə edib.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Reuters“ öz mənbəsinə istinadən məlumat yayıb.
Xatırladaq ki, “OPEC+” üzvləri avqustun 3-də keçirilən iclasda sentyabrda gündəlik neft hasilatının 100 min barel artırılmasını təsdiqləyiblər. Yekun kommunikedə həmçinin vurğulanıb ki, dünyada sərbəst neft hasilatı imkanları ciddi şəkildə məhduddur və onlar ehtiyatla istifadə edilməlidir.