Bank Of Baku

"OPEC+" ölkələri 2022-ci ildən sonra da əməkdaşlıq edəcək

"OPEC+" ölkələri 2022-ci ildən sonra da əməkdaşlıq edəcək
# 29 dekabr 2021 13:31 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) 2022-ci ildən sonra müddətsiz əməkdaşlıq xartiyası çərçivəsində dəqiq mövcud olacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak RBK-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, lakin gələcəkdə hasilatın korrektə olunmasında ehtiyac olduğunu indidən söyləmək mümkün deyil.

"Bizim "OPEC+" razılaşmasında iştirak edən 24 ölkə tərəfindən imzalanmış müddətsiz əməkdaşlığı nəzərdə tutan xartiyamız var. Əməkdaşlıq dəqiq məsləhətləşmələr, informasiya və analitik məlumatların mübadiləsi və sair formatda davam edəcək. İstehsalın tənzimlənməsi üçün birgə tədbirlərin görülməsi zərurəti yalnız bazardakı vəziyyətlə bağlıdır. Biz bunun bir ildən sonra necə olacağını bilmirik", - Novak qeyd edib.

Xatırladaq ki, "OPEC+" pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər tədricən aradan qaldırılır.

"OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə isə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR