Bank Of Baku

"OPEC+" ölkələri bu gündən neft hasilatını 400 min b/s artıra bilər

"OPEC+" ölkələri bu gündən neft hasilatını 400 min b/s artıra bilər
# 01 mart 2022 10:35 (UTC +04:00)

"OPEC+" ölkələri (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) 2021-ci ilin iyul qərarında planlaşdırıldığı kimi, martın 1-dən sutkalıq neft hasilatını daha 400 min barel artıra bilər.

"APA-Economics"in məlumatına görə,

Koalisiya nazirləri bu qərarı bazar şərtlərinə uyğunlaşdırmaq üçün hər ay toplaşır. Bununla belə, razılaşmalar heç vaxt dəyişdirilməyib, baxmayaraq ki, neft istehlakçıları, xüsusən də Çin, Hindistan və ABŞ (həmçinin ən böyük neft istehsalçısıdır) "OPEC+"dan güclü qiymət artımı səbəbindən təklifi daha da artırmağı xahiş ediblər.

Üstəlik, bir sıra ölkədə baş verən qəzalar və təmirlər, eləcə də son illərdə sərmayə qoyuluşunun olmaması səbəbindən "OPEC+" bazarı neftlə planlaşdırıldığından daha az təmin edir. Belə ki, avqustda əməliyyat 119%, sentyabrda 115%, oktyabrda 116%, noyabrda 117%, dekabrda 122%, 2022-ci ilin yanvarında isə 129% yerinə yetirilib. Yanvar ayına olan məlumata görə, "OPEC+" ölkələri kvotaların icazə verdiyi səviyyədən gündə təxminən 1 mln. barel az neft hasil edir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub. Hasil olunan həcmlərin 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib. Beləliklə, Azərbaycan yanvarda "OPEC+" öhdəliyini 113,8% yerinə yetirib.

"OPEC+" ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulurdu.

Xatırladaq ki, qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC+" formatında sıx əməkdaşlıq edir. "OPEC+" əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR