Paşha Bank
Bank Of Baku

OPEC+ ölkələri dekabrda neft hasilatını dəyişməmək barədə ilkin razılığa gəliblər

OPEC+ ölkələri dekabrda neft hasilatını dəyişməmək barədə ilkin razılığa gəliblər
# 01 noyabr 2026 02:54 (UTC +04:00)

OPEC+ çərçivəsində yeddi ölkə dekabr ayında neft hasilatı kvotalarının əvvəlki aylardakı səviyyədə saxlanılması barədə prinsipial razılığa gəlib.

“Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, hasilat siyasətinə növbəti düzəlişlərin gələn ildən tez olmayacağı gözlənilir.

Bununla bağlı yekun qərarın noyabrın 1-də keçiriləcək görüşdə qəbul edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2025-ci ilin aprelindən etibarən OPEC+ çərçivəsində səkkiz ölkə – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair, Oman və Birləşmiş Ərəb Əmirlikləri könüllü olaraq azaltdıqları neft hasilatını mərhələli şəkildə bərpa etməyə başlayıblar.

2025-ci ilin sentyabrında həmin ölkələr gündəlik 2,2 milyon barellik könüllü hasilat məhdudiyyətlərini ilkin plandan bir il əvvəl tam aradan qaldırıblar.

Ötən ilin oktyabrından isə ölkələr gündəlik 1,65 milyon barellik digər könüllü hasilat məhdudiyyətlərinin də mərhələli şəkildə ləğvinə başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR