Bank Of Baku

"OPEC+" ölkələri fevralda öhdəliklərini 137% yerinə yetirib

"OPEC+" ölkələri fevralda öhdəliklərini 137% yerinə yetirib
# 16 mart 2022 14:19 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin fevral ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 137% yerinə yetiriblər.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, "OPEC+" ölkələri ötən ay nəzərdə tutulduğundan (razılaşmadan əvvəl olan həcmlərdən – red.) gündəlik 1,1 mln. barel az neft hasil edib ki, bu da razılaşmanın 137% yerinə yetirilməsi deməkdir.

Belə ki, OPEC-ə üzv olan ölkələr yanvarda razılaşmanı 139%, qeyri-OPEC ölkələri isə 132% yerinə yetirib.

IEA bildirir ki, ümumilikdə "OPEC+" alyansına daxil olan 23 ölkənin gündəlik neft hasilatı fevralda yanvar ayı ilə müqayisədə gündəlik 350 min barel artaraq 44,14 mln. barelə çatıb. Lakin bu həcmin təxminən üçdə ikisi razılaşmaya əsasən hasilatı məhdudlaşdırmaq öhdəliyi olmayan İran, Venesuela və Liviyanın payına düşüb.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR