Bank Of Baku

"OPEC+" ölkələri fövqəladə iclas keçirməyib

"OPEC+" ölkələri fövqəladə iclas keçirməyib
# 28 fevral 2022 14:20 (UTC +04:00)

Bazar ertəsi səhər saatlarına olan məlumata görə, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirləri Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra neft bazarında artan volatilliyə dair ayrıca məsləhətləşmələr aparmayıblar.

"APA-Economics"in xəbərinə görə, bu barədə TASS-a alyans nümayəndə heyətlərindəki iki mənbəyə istinadən məlumat verir.

Agentliyin həmsöhbətləri bildirirlər ki, eyni zamanda, OPEC katibliyi vəziyyətin monitorinqini gücləndirib.

"Bu məsələ ilə bağlı ayrıca məsləhətləşmələr aparılmayıb. Vəziyyəti izləyirik", - mənbələrdən biri deyib. O, əlavə edib ki, "OPEC+" baş verənləri diqqətlə izləyir, lakin hələlik hər şeyin tez bitəcəyinə ümid edir.

TASS-ın digər həmsöhbəti vəziyyətin ayrı-ayrı xüsusi sessiyalar çərçivəsində təhlilinin OPEC katibliyi səviyyəsində aparıldığını təsdiqləyib. Sonra bütün məlumatlar razılaşmada iştirak edən ölkələrinin nazirlərinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR