Bank Of Baku

OPEC ölkələri iyunda "OPEC+" öhdəliklərini 250% yerinə yetirib

OPEC ölkələri iyunda "OPEC+" öhdəliklərini 250% yerinə yetirib
# 13 iyul 2023 17:27 (UTC +04:00)

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri ötən ilin iyun ayında ortalama gündəlik neft istehsalını 91 min barel artaraq (may ayı ilə müqayisədə) 28,19 mln. barelədək yüksəlib.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

"İkinci dərəcəli mənbələrə əsasən, 13 OPEC ölkəsinin ümumi neft hasilatı 2023-cü ilin iyun ayında gündəlik orta hesabla 28,19 mln. barel təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə gündəlik 91 min barel çoxdur. Neft hasilatı əsasən İran və İraqda artıb, Anqolada isə azalıb”, - məlumatda deyilir.

Beləliklə, təşkilat ölkələri “OPEC+” razılaşmasının (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) icazə verdiyi gündəlik hasilat səviyyədən 1,9 mln. barel az istehsal edərək, öhdəliyini 250% yerinə yetirib.

Qeyd edək ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR