May ayından etibarən bəzi “OPEC+” razılaşması ölkələri gündəlik neft hasilatını əlavə olaraq 1,66 mln. barel azaldacaq.
Bu barədə “APA-Economics” alyansın monitorinq komitəsinin iclasının yekunlarına dair dərc olunmuş kommünikeyəə istinadən xəbər verir.
Məlumata görə, bu həcm 2022-ci ilin noyabr ayından etibarən qüvvədə olan 2 mln. barel azalmaya əlavə olacaq.
Nazirlərin növbəti monitorinq iclası iyunun 4-nə təyin edilib.
Sənədə əsasən, Səudiyyə Ərəbistanı könüllü olaraq 2023-cü ilin may ayından sonuna kimi gündəlik hasilatı 500 min barel, İraq –211 min barel, BƏƏ – 144 min barel, Küveyt –128 min barel, Qazaxıstan - 78 min barel, Əlcəzair - 48 min barel, Oman - 40 min barel, Qabon isə 8 min barel azaldacaq.