Bank Of Baku

"OPEC+" ölkələri martda öhdəliklərini 159% yerinə yetirib

"OPEC+" ölkələri martda öhdəliklərini 159% yerinə yetirib
# 13 aprel 2022 12:36 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin mart ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 159% yerinə yetiriblər.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, OPEC-ə üzv olan ölkələr martda razılaşmanı 157%, qeyri-OPEC ölkələri isə 162% yerinə yetirib. Rusiya sözügedən göstəricini 149% yerinə yetirib.

IEA bildirir ki, ümumilikdə "OPEC+" alyansına daxil olan 23 ölkə üzrə gündəlik neft hasilatı 44,1 mln. barelə səviyyəsində olub.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR