"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri may ayında neft hasilatının sutkada 432 min barel artırılması qərarını dəstəkləyiblər.
"APA-Economics" xəbər verir ki, bu barədə TASS mənbələrinə istinadən yazır.
Bundan əvvəl məlum olub ki, "OPEC+" Monitorinq Komitəsinin iclası may ayında neft hasilatının sutkada 432 min barel bərpa olunması tövsiyəsi ilə yekunlaşıb.
"İclasda gündəlik 432 min barel artım müzakirə olunub, bu, tövsiyədir", - agentliyin həmsöhbətlərindən biri deyib, digəri isə təsdiqləyib.