Bank Of Baku

OPEC ölkələri noyabrda "OPEC+" öhdəliklərini 122% yerinə yetirib

OPEC ölkələri noyabrda "OPEC+" öhdəliklərini 122% yerinə yetirib
# 13 dekabr 2021 17:15 (UTC +04:00)

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin noyabr ayında gündəlik neft istehsalını 285 min barel artıraraq (oktyabr ayı ilə müqayisədə) 27 717 min barelə çatdırıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 122% yerinə yetirib.

Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, noyabr ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 3 206 min barel azaldıb, bu da "OPEC+" çərçivəsində olan öhdəliyi 570 min barel üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR