Bank Of Baku

OPEC ölkələri yanvarda "OPEC+" öhdəliklərini 173% yerinə yetirib

OPEC ölkələri yanvarda "OPEC+" öhdəliklərini 173% yerinə yetirib
# 15 fevral 2023 10:25 (UTC +04:00)

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri ötən ilin yanvar ayında gündəlik neft istehsalını 49 min barel azaldaraq (dekabr ayı ilə müqayisədə) 28,88 mln. barelə endirib.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, yanvarda OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 173% yerinə yetirib.

Hesabatda qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.

Beləliklə, yanvar ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 2 204 min barel azaldıb, bu da "OPEC+" çərçivəsində olan öhdəliyi (1 273 min barel – red.) 931 min barel üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR