Bank Of Baku

"OPEC+" ölkələri yanvarda razılaşma şərtlərinə mümkün dəyişiklikləri müzakirə edəcək

"OPEC+" ölkələri yanvarda razılaşma şərtlərinə mümkün dəyişiklikləri müzakirə edəcək
# 20 dekabr 2021 18:05 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasına düzəliş etməyin və ya neft hasilatını gündə 400 min barel artırmağa davam etməyin zəruri olub-olmadığını hələlik qiymətləndirmək mümkün deyil.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Biz bunu yanvarın 4-də müzakirə edəcəyik. Buna kimi hələlik iki həftə var", - A. Novak qeyd edib.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR