Bank Of Baku

"OPEC+" ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

"OPEC+" ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq
# 14 oktyabr 2026 17:11 (UTC +04:00)

“OPEC+” razılaşması ölkələrinin maksimum hasilat güclərinin qiymətləndirilməsi 2026-cı ilin sonu üçün hazır olacaq.

“TASS” xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“2026-cı ilin sonu - ən azı, qarşıya qoyulan vəzifə budur. OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) Katibliyi bu istiqamətdə iş aparır”.

Daha əvvəl Novak bildirmişdi ki, OPEC+ ölkələrinin hasilat gücləri 2026-cı ilin sonunadək qiymətləndiriləcək və üzv ölkələr tərəfindən müzakirə olunacaq. 2025-ci ildə “OPEC+” OPEC Katibliyi tərəfindən hazırlanmış mexanizmi təsdiqləyib. Bu mexanizm üzv ölkələrin maksimum neft hasilatı imkanlarının müəyyənləşdirilməsi üçün istifadə olunacaq və 2027-ci il üzrə neft hasilatının baza səviyyələrinin müəyyən edilməsinə əsas yaradacaq.

Xatırladaq ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR