Bank Of Baku

OPEC ölkələrinin neft satışından gəlirləri 18% azalıb

OPEC ölkələrinin neft satışından gəlirləri 18% azalıb
# 03 iyul 2024 13:41 (UTC +04:00)

Ötün il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin neft satışından əldə etdiyi gəlirləri 2022-ci il ilə müqayisədə 18% azalaraq 679,746 milyard ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics" təşkilatın illik statistik bülleteninə istinadən xəbər verir.

Qeyd edilib ki, OPEC-ə üzv ölkələr arasında Ekvatorial Qvineyanın gəliri ən çox azalaraq (44%) 1,745 milyard dollaradək enib, Səudiyyə Ərəbistanının gəliri əvvəlki illə müqayisədə təxminən 24% azalaraq 248,376 milyard dollar təşkil edib.

OPEC ölkələrinin 2023-cü ildə təsdiqlənmiş neft ehtiyatları bir qədər (0,08%) artaraq 1,241 trilyon barelə çatıb ki, bu da qlobal ehtiyatların 79%-ni təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR