Bank Of Baku

OPEC: Qazaxıstan maye karbohidrogenlərin hasilatını artıracaq

OPEC: Qazaxıstan maye karbohidrogenlərin hasilatını artıracaq
# 14 dekabr 2021 12:53 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu cüzi artırıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,82 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz ilə müqayisədə 0,01 mln. barel artıma doğru korrektə deməkdir. Ötən ilin göstəricisi ilə müqayisədə bu il hasilat üzrə 0,02 mln. artım gözlənilir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 1,98 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib), bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,16 mln. barel artım deməkdir.

OPEC-in məlumatlarına görə, ötən il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,8 mln. barel olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR