Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu cüzi yüksəldib.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 1,99 mln. barel səviyyəsində olacağı gözlənilir (əvvəlki proqnoza əsasən 1,98), bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 0,15 mln. barel çoxdur.
Hesabata əsasən, 2021-ci il üçün Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,84 mln. barel səviyyəsində olub, bu da əvvəlki proqnoz ilə müqayisədə 0,01 mln. barel artıma doğru korrektə deməkdir. 2020 ilin göstəricisi ilə müqayisədə ötən il hasilat üzrə 0,04 mln. artım qeydə alınıb.
OPEC-in məlumatlarına görə, ötən il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,8 mln. barel olub.