Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu dəyişməyib.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 1,99 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 0,15 mln. barel çoxdur.
Hesabata əsasən, 2021-ci il üçün Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,84 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 0,04 mln. barel çoxdur.
Xatırladaq ki, 2020-ci ildə Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,8 mln. barel olub.