"Kömür tələbatın azalacağı yeganə əsas yanacaq növü olacaq və 2045-ci il üçün onun qlobal gündəlik istehlakı 2022-ci il səviyyəsindən 21,5 mln. barel neft ekvivalenti azalaraq 54,4 mln. barelə enəcək".
Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “World Oil Outlook 2045” illik hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, hesabat dövründə onun enerji balansında payı 26,1%-dən 15,1%-ə qədər azalacaq.
OPEC-in hesablamalarına görə, enerji balansında kömürün payının azalmasının əsas səbəbləri – qlobal enerji siyasəti və iqlim öhdəlikləri, qaz, nüvə və bərpa olunan enerji kimi alternativ enerji mənbələrinin əlçatanlığının artımı.