Bank Of Baku

OPEC: Qlobal neft bazarının trilyonlarla sərmayəyə ehtiyacı var

OPEC: Qlobal neft bazarının trilyonlarla sərmayəyə ehtiyacı var
# 23 may 2023 09:57 (UTC +04:00)

2045-ci ilə qədər qlobal neft sektoruna 12 trln. ABŞ dollarından çox həcmdə sərmayə lazımdır.

APA-Economics”in Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) istinadən verdiyi xəbərə görə, bunu OPEC-in baş katibi Heysəm əl-Qais Dubayda keçirilən neft-qaz konfransı zamanı bildirib.

Onun sözlərinə görə, 2045-ci il üçün qlobal iqtisadiyyatın bugünkündən iki dəfə, dünya əhalisinin 1,6 mln. nəfər artacağı gözlənilir. Qlobal iqtisadi və demoqrafik dəyişikliklər nəticəsində enerji tələbatının indidən 2045-ci ilə qədər əhəmiyyətli dərəcədə 23% artacağı proqnozlaşdırılır.

“Tələbin bu cür artması sənayemizə adekvat sərmayə qoyulmasını zəruri edir. Qlobal neft sektorunun 2045-ci ilə qədər 12,1 trln. ABŞ dolları həcmində məcmu sərmayəyə ehtiyacı olacaq”, - Heysəm əl-Qais qeyd edib.

OPEС-in fikrincə, karbohidrogen sənayesinə sərmayə qoyuluşunun olmaması enerji təhlükəsizliyinə əngəllər yaradır, enerji bazarının qeyri-sabitliyinə və iqtisadi artımın ləngiməsinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR