Bank Of Baku

OPEC qlobal neft tələbatı üzrə proqnozunu cüzi korrektə edib

OPEC qlobal neft tələbatı üzrə proqnozunu cüzi korrektə edib
# 13 aprel 2023 16:33 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu cüzi azaldıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il qlobal gündəlik neft tələbatının 101,89 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisindən 0,01 mln. barel azdır. 2023-cü ildə neft tələbatının artım tempi 2,32 mln. barel olacaq (proqnoz dəyişməyib)

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 99,57 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,5 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR