Bank Of Baku

“OPEC+” tələb və təkliflə bağlı volatilliylə üzləşib

“OPEC+” tələb və təkliflə bağlı volatilliylə üzləşib
# 16 yanvar 2023 15:26 (UTC +04:00)

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) alyansı neft bazarında tələb və təkliflə bağlı volatil (qeydi-sabit ) perspektivlərlə üzləşib.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazrui bildirib.

Onun sözlərinə görə, bu, Avropanın Rusiya neftinə qarşı sanksiyaları və Çində koronavirusa qarşı sıfır dözümlülük siyasətinin ləğvi ilə bağlıdır.

Süheyl əl-Mazrui deyib ki, “OPEC+” ölkələrində gündəlik hasilat gücü neft sektoruna investisiyaların azalması səbəbindən 3,7 mln.barel azalıb.

O, əlavə edib ki, BƏƏ bəzi ölkələrdə istehsal gücünün azaldılmasını kompensasiya etmək üçün qabaqlayıcı addımlar atır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR