Qarşıdan gələn oktyabr iclasında neft hasilatının əlavə azaldılmasını nəzərdən keçirən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) öz diqqətlərini gündəlik istehsalı 500 min bareldən 1 mln. barelədək endirilməsinə yönəldiblər.
Bu barədə “APA-Economics” “Reuters”a istinadən xəbər verir.
Məlumata görə, “OPEC+”un novbəti görüşü oktyabrın 5-də keçiriləcək.
Qeyd olunur ki, iclas neft qiymətlərinin enməsi və güclü bazar volatilliyi fonunda baş tutacaq.