2022-ci ildə Balaxanı Bərk Məişət Tullantılarının Çeşitlənməsi Zavodunda istehsal olunmuş elektrik enerjisinin həcmi 205.260,5 min kVt/saat olub.
“APA-Economics” Nazirlər Kabinetinin 2022-ci il üzrə fəaliyyəti haqqında hesabatına əsasən xəbər verir ki, ötən il Dövlət Enerji Şəbəkəsinə ötürülmüş enerjinin həcmi 174.302 min kVt/saat, daxili ehtiyaclar üçün sərf olunan enerjinin həcmi 30.984,5 min kVt/saat təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə tədarük olunmuş tullantıların həcmi 491.9 min ton, yandırılmış tullantıların həcmi isə 516.7 min ton olub.