Bank Of Baku

Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

Ötən il  məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib
# 20 aprel 2023 13:12 (UTC +04:00)

2022-ci ildə ölkədə 3984,1 min ton və ya əvvəlki illə müqayisədə 5,4% çox tullantı əmələ gəlmiş və onların 66,7%-ni bərk məişət tullantıları, 33,3%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il yaranmış 2658,3 min ton bərk məişət tullantılarının 78,3%-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 21,2%-i enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,5%-i ölkə daxilində satılıb.

Qeyd edək ki, məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt saat və ya 2021-ci illə müqayisədə 6,3% çox elektrik enerjisi istehsal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR