Ötən il Rusiyanın Avropa ölkələrinə ixracı 68 faiz azalıb

Ötən il Rusiyanın Avropa ölkələrinə ixracı 68 faiz azalıb
# 12 fevral 2024 14:15 (UTC +04:00)

Rusiyanın 2023-cü ildə Avropa ölkələrinə ixracı 68% azalaraq 84,9 milyard dollara dollara düşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, Rusiyanın Avropadan idxalının həcmi də 12,3% azalaraq 78,5 milyardq enib.

Eyni zamanda, Rusiyanın Asiyaya ixracı 5,6% artaraq 306,6 milyard dollara, idxal isə 29,2% artaraq 187,5 milyard dollara çatıb.

Şimal qonşumuzun Afrika ölkələri ilə ticarətində də müsbət dinamika müşahidə olunur. Belə ki, Afikrikaya ixrac güclü şəkildə 42,9% artaraq 21,2 milyard dollara, idxal isə 8,6% artaraq 3,4 milyard dollara çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR