Özbəkistan Rusiyadan qaz idxalını kəskin artırmaq istəyir

Özbəkistan Rusiyadan qaz idxalını kəskin artırmaq istəyir
# 22 fevral 2024 13:58 (UTC +04:00)

Özbəkistan Rusiya Federasiyasından qaz idxalının həcmini 3,6 dəfə artırmaq istəyir.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, hökumət Rusiyanın “Qazprom” şirkətindən gündəlik qaz alışını indiki 9 mln. kubmetrdən 30 mln. kubmetrə qədər artırılmasını nəzərdə tutur. Nəticədə illik idxal 11,68 mlrd. kubmetr təşkil edəcək.

Qeyd olunur ki, bu həcmdə qazın nəqlini təmin etmək üçün Özbəkistan magistral qaz kəməri sistemini modernləşdirmək istəyir. Bunun üçün 2024-2030-cu illər ərzində 500 mln. ABŞ dolları ayrılacaq.

Əhməd Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR