"PAŞA Sığorta"nın Direktorlar Şurasına yeni sədr təyin edilib

"PAŞA Sığorta"nın Direktorlar Şurasına yeni sədr təyin edilib
# 01 iyun 2023 12:29 (UTC +04:00)

"PAŞA Sığorta" ASC-nin Direktorlar Şurasının sədri dəyişib.

"APA-Economics" xəbər verir ki, Fərid Məmmədov vəzifəsindən azad edilib. Onun yerinə Rövşən Allahverdiyev təyin edilib.

Qeyd edək ki, Rövşən Allahverdiyev bundan əvvəl "PAŞA Həyat Sığorta" şirkətinin Direktorlar Şurasının sədri təyin edilib. O, eyni zamanda "Kapital Bank" ASC-nin Müşahidə Şurasının sədridir.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin 100% səhmdarı “PAŞA Holding” MMC-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR