Bank Of Baku

Pərviz Şahbazov Azərbaycan-Aİ enerji dialoqunda iştirak edəcək

Pərviz Şahbazov Azərbaycan-Aİ enerji dialoqunda iştirak edəcək
# 01 may 2023 15:04 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonun dəvəti ilə Belçika Krallığına səfər edib.

"APA-Economics" xəbər verir ki, тazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 2-də paytaxt Brüssel şəhərində keçiriləcək Azərbaycan - Avropa İttifaqı yüksək səviyyəli enerji dialoqunun növbəti görüşündə iştirak edəcək.

Görüş çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq məsələləri, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun icra vəziyyətinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR