"Azəri-Çıraqlı-Günəşli yataqlarının 2050-ci ilədək işlənməsi çərçivəsində gələn il Azəri-Mərkəzi-Şərqi dəniz platformasından ilk hasilatı gözləyirik".
APA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, həmçinin Ümid, Babək, Abşeron, Qarabağ, Şəfəq, Asiman, Abşeron yarımadasının dayaz sulu hissəsi, “Azəri-Çıraq-Günəşli”də dərin qaz adlanan layihələr qarşıdakı illərdə ixrac imkanlarımızı daha da artıracaq.