Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik qaz kəmərinin (TAP) operatoru olan TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati ilə layihənin tam gücü ilə işləməsi məsələsini müzakirə ediblər.
“APA-Economics”in məlumatına görə, bu barədə Pərviz Şahbazov Azərbaycan “Twitter”də paylaşım edib.
Məlumata görə, görüş zamanı tərəflər gələcəkdə kəmərlə qaz tədarükünün artırılması imkanlarını da müzakirə ediblər.
Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanan Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.