Bank Of Baku

Prezidentin köməkçisi: Neftin daha da bahalaşması ehtimalı var

Prezidentin köməkçisi: Neftin daha da bahalaşması ehtimalı var
# 11 sentyabr 2023 10:45 (UTC +04:00)

Hazırda dünyada neftin qiymətləri sabitdir və onların azalmaqdan daha çox artımı ehtimalı var.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin bildirib.

“Qlobal bazara nəzər salsanız, görərsiniz ki, dünyada neft ehtiyatları çox ciddi şəkildə azalır, bu o deməkdir ki, indiki səviyyədən onların (neftin qiymətləri - red.) azalmaqdan daha çox artım ehtimalı var. Ona görə də onlar sabitdir və mən əminəm ki, gələcəkdə, hətta indiki və daha yüksək qiymətlər qalsa belə, OPEC+ üçün hasilatı artırmaq üçün məkan olacaq”, - Maksim Oreşkin qeyd edib.

O əlavə edib ki, ilin birinci yarısında neftin qiyməti kifayət qədər aşağı düşüb, lakin indi bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR