Qarşıdakı 3 ildə Azərbaycanın neft-qaz gəlirlərində 11,3 faiz azalma, qeyri/neft-qaz gəlirlərində 28,8 faiz artım gözlənir

Qarşıdakı 3 ildə Azərbaycanın neft-qaz gəlirlərində 11,3 faiz azalma, qeyri/neft-qaz gəlirlərində 28,8 faiz artım gözlənir
# 18 sentyabr 2024 08:16 (UTC +04:00)

Qarşıdakı 3 ildə Azərbaycanın neft-qaz gəlirləri azalacaq, qeyri/neft-qaz gəlirləri artacaq.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin açıqladığı 2025-ci il və növbəti üç il üzrə icmal və dövlət büdcəsinin parametrlərində əksini tapıb.

Beləliklə, əgər 2024-cü ildə Azərbaycanın neft-qaz gəlirləri 17 milyard 769 milyon manat proqnozlaşdırılırsa, 2025-ci ildə 17 milyard 73 milyon, 2026-cı ildə 16 milyard 767 milyon, 2027-ci ildə 16 milyard 555,4 milyon, 2028-ci ildə 15 milyard 761,2 milyon manat proqnozlaşdırılır. Başqa sözlə, 2024 və 2028-ci illər müqayisə edilərsə, neft-qaz gəlirlərində 2 milyard 7,8 milyon manat, yəni 11,3 faiz azalma gözlənilir.

Qeyri/neft-qaz gəlirləri isə 2024-cü ildə 18 milyard 619 milyon manat proqnozlaşdırılırsa, 2025-ci ildə 19 milyard 543 milyon, 2026-cı ildə 21 milyard 356,3 milyon, 2027-ci ildə 22 milyard 596,5 milyon, 2028-ci ildə 23 milyard 992,4 milyon manat proqnozlaşdırılır. Başqa sözlə, 2024 və 2028-ci illər müqayisə edilərsə, qeyri/neft-qaz gəlirləri gəlirlərində 5 milyard 373,4 milyon manat, yəni 28,8 faizdən çox artım gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR