Bank Of Baku

Qarşıdakı 4 ildə Neft Fondundan büdcəyə transfertlər azalacaq

Azərbaycan Dövlət Neft Fondu

© APA | Azərbaycan Dövlət Neft Fondu

# 03 noyabr 2022 11:31 (UTC +04:00)

2023-2026-cı illərdə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlərin azaldılması gözlənilir.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Belə ki, ARDNF-dən büdcəyə daxilolmaların 2023-cü il üzrə milyon manat 11 280,0 milyon manat, 2024-cü ildə 11 027,0 milyon manat, 2025-ci ildə 10 978,0 milyon manat, 2026-cı ildə isə 10 766,0 milyon manata kimi azaldılması proqnozlaşdırılıb.

Başqa sözlə, 2023-cü illə müqayisədə 2026-cı ildə Dövlət Neft Fondundan büdcəyə transfert 4,5% və ya 514 milyon manat azaldılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR