Bank Of Baku

Qaz ixracatçıları bu il qlobal LNG idxalında artım gözləyirlər

Qaz ixracatçıları bu il qlobal LNG idxalında artım gözləyirlər
# 06 aprel 2023 16:58 (UTC +04:00)

Dünyada mayeləşdirilmiş təbii qazın (LNG) idxalı ilin sonuna qədər 4% və ya bir qədər çox artaraq, təxminən 416 mln. tona çata bilər.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatına istinadən xəbər verir.

“2023-cü ildə qlobal LNG idxalının ötən illə müqayisədə 4-4,5% (16-18 mln. ton) artaraq 416 milyon tona çatacağı proqnozlaşdırılır”, - hesabatda qeyd olunur.

LNG idxalındakı artımın əsas hissəsinin (13-15 mln. ton əlavə həcmlə) Çin və Hindistan altqitə və Cənub-Şərqi Asiya ölkələrinin payına düşəcəyi proqnozlaşdırılır.

Hesabatda deyilir ki, qlobal LNG idxalı keçən il Avropa idxalındakı artım sayəsində 6% (21 mln. ton) artaraq 399 mln. ton təşkil edib. Bu, Asiya Sakit Okean, Latın Amerikası və Karib hövzəsi ölkələri tərəfindən idxalın azalmasını kompensasiya edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR