Qazaxıstan Azərbaycan üzərindən maye qaz nəql edəcək

Qazaxıstan Azərbaycan üzərindən maye qaz nəql edəcək
# 09 oktyabr 2019 11:21 (UTC +04:00)

Qazaxıstanın "Kaztransqaz" Səhmdar Cəmiyyəti Azərbaycan üzərindən maye qazın nəqlində maraqlıdır.

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 16-cı iclasında çıxış edən Azərbaycanın Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, ilkin olaraq nəql olunacaq həcm ayda 10-15 min ton təşkil edəcək, daha sonra həcmin tədricən artırılması şərti ilə: "Biz tariflərin optimallaşdırılması istiqamətində işlər görürük və bu yaxında bununla bağlı Qazaxıstan tərəfinə məktub ünvanlanıb. Bu gün biz artıq bu istiqamətdə irəliləyiş görürük".

Nazir əlavə edib ki, bu sahədə olan potensial lazımi dərəcədə istifadə edilsə, hər iki tərəf üçün faydalı ola bilər.

"Qazaxıstan neft və neft məhsullarının Azərbaycan üzərindən nəqlinə və Azərbaycana maye qazın çatdırılmasına dair müvafiq işçi qrupunun yaradılması energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq", - deyə P. Şahbazov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR