Biz enerji sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirmişik.
APA Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
“Bu gün bizim prioritet vəzifəmiz dünya bazarlarına enerji təchizatını daha da şaxələndirməkdir. Bildiyiniz kimi, bizim müqavilələrimiz sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycan vasitəsilə göndərilib.
Növbəti addım tədarüklərin həcmini artırmaq və onlara uzunmüddətli, sabit xarakter verməkdir”, - Qazaxıstan lideri qeyd edib.