Bank Of Baku

Qazaxıstan BTC imkanlarından daha geniş istifadə etmək niyyətindədir

Qazaxıstan BTC imkanlarından daha geniş istifadə etmək niyyətindədir
# 07 aprel 2023 14:54 (UTC +04:00)

Qazaxıstan tərəfi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin (BTC) buraxılış imkanlarından daha geniş istifadə etmək niyyətindədir.

APA-Economics” xəbər verir ki, bunu Bakıda jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib.

Onun sözlərinə görə, ötən il “SOCAR” və “KazMunayQaz” (“KazMunayQaz” dövlət şirkəti) şirkətləri arasında imzalanmış müqavilə çərçivəsində BTC ilə nəqli nəzərdə tutulan 1,5 mln. ton neftə Qazaxıstan yer təkinin istifadəçiləri “pilot” həcmləri kimi baxırlar, bu da qeyd olunan marşrutu “test” etmək üçün lazımdır.

“Əslində, hazırda BTC imkanlarının cəmi 40%-i yüklənilib, orada 20 mln. tona yaxın mümkün olan aşırma həcmləri var, bu da bizim birgə əməkdaşlığımız çərçivəsində hədələdiyimiz həcmdir”, - Serik Jumanqarin qeyd edib.

Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 mln. ton "Tengiz" yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə çərçivəsində həyata keçirilir.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR